Toral qol ötürməsi verdi, "Bursaspor" qalib gəldi
- 23:00
- 33
Türkiyə 1-ci Liqasında 13-cü turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Toral Bayramovun formasını geyindiyi "Bursaspor" doğma meydanda "Bandırmaspor"u qəbul edib.
Qarşılaşma Bursa təmsilçisinin 3:0 hesablı inamlı qələbəsi ilə başa çatıb. Bayramov oyuna start heyətində başlayıb və sonadək meydanda mübarizə aparıb. O, 7-ci dəqiqədə komandasının ilk qolunda məhsuldar ötürmə ilə yadda qalıb.
Bu qələbədən sonra xallarının sayını 31-ə çatdıran "Bursaspor" turnir cədvəlinin 1-ci pilləsindəki mövqeyini daha da möhkəmləndirib.