“Qəbələ”nin baş məşqçisi Yeton Bekiri Misli Premyer Liqasının 10-cu turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri ev oyunu barədə fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, qolsuz heç-heçə barədə bunları söyləyib:


“Bu gün komandamdan çox razı qaldım. Müdafiədə  yaxşı çıxış etdik, qol vurmaq üçün imkanlarımız oldu. Lakin bilirsiz ki, bu gün Azərbaycan Premyer Liqasının ən yaxşı komandalarından birinə qarşı oynayırdıq. Biz 1 xal qazanmağa layiq idik”.