
“Sumqayıt”ın futbolçusu 2 oyunluq cəzalandı
- 22 Sen 2025 16:20
- 60
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının 5-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Sumqayıt-2” – “Zirə-2” oyununda “Sumqayıt-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt-2” 70 manat cərimə edilib.
“Sumqayıt-2” – “Zirə-2” oyununun 69-cu dəqiqəsində “Sumqayıt-2” komandasının futbolçusu Nurlan Zeynallı ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Sumqayıt-2” komandası 100 manat cərimə edilib.
“Araz-Naxçıvan-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Qarabağ-2” 70 manat cərimə edilib.
“Sabah-2” – “Qəbələ-2” oyununda “Qəbələ-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Qəbələ-2” 70 manat cərimə edilib.
“Şamaxı-2” – “Kəpəz-2” oyununun matçöncəsi iclasında “Kəpəz-2” komandasının nümayəndəsi iştirak etmədiyinə görə “Kəpəz-2” 150 manat cərimə edilib.