Azərbaycan Premyer Liqasının 4-cü turunda "Sumqayıt"ı məğlub edən "İmişli" komandasına texniki məğlubiyyət veriləcək.


Rekord.az xəbər verir ki, buna "Sumqayıt"la oyunda adı protokolda olmayan futbolçunun meydana girməsi səbəb olub. 


İbrahim Əliyev görüşün ikinci hissəsində Ezekiel Morqanın yerinə meydana çıxıb. 


Qarşılaşma "İmişli"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 


72-ci dəqiqədə "gənclik şəhəri" təmsilçisinin qapıçısı Mehdi Cənnətov avtoqol müəllifi olub. 


Günün ikinci oyununda "Turan Tovuz" "Qəbələ" ilə üz-üzə gələcək.