
“Sumqayıt”dan ayrılan futbolçunun yeni klubu bəlli oldu
- 17:15
- 43
"Sumqayıt"dan ayrılan futbolçu Kamran Quliyevin yeni klubu rəsmiləşib.
Rekord.az xəbər verir ki, 25 yaşlı hücumçu karyerasını 1-ci Liqada davam etdirəcək.
"Səbail" Quliyevlə "1+1" illik müqavilə imzaladığını açıqlayıb.
Xatırladaq ki, Kamran çox oyun şansı qazana bilmədiyini əsas gətirərək ötən gün “Sumqayıt”dan azad agent kimi ayrılmışdı.