"Sumqayıt"da yeni basketbolçu
- 19:30
- 40
"Sumqayıt" heyətinə yeni basketbolçu qatıb.
Bu barədə Rekord.az-a klubdan məlumat verilib.
"Gənclik şəhəri" təmsilçisi Azər Əzimovla anlaşıb.
O, daha əvvəl "Lənkəran", "Sərhədçi" və "Gəncə" klublarında çıxış edib. A.Əzimov eyni zamanda Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandalarının formasını geyinib.