Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 17 iyul 2026-cı il tarixində Mehdi Hüseynzadə adına stadionunda 2008-ci il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında Sumqayıt şəhər birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, birinciliyin keçirilməsində məqsəd velosiped idman növünün təbliği, bu idman növündə perespektivli idmançıların müəyyən edilməsi, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.

Sonda qalib və mükafatçılara Regional İdarə tərəfindən diplom və medallar təqdim edilib.