"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun qrup mərhələsində bu gün növbəti matçını keçirəcək.


Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi H qrupunda "Mikonos"la (Yunanıstan) qarşılaşacaq.


Görüş Milli Gimnastika Arenasında, saat 20:00-da start götürəcək.


Qeyd edək ki, buna qədər keçirdiyi 5 oyunun hər birində uduzan "Neftçi" hazırda qrupda sonuncu - 6-cı pillədə qərarlaşıb. Komanda növbəti matçını noyabrın 18-də Latviya təmsilçisi "Riqa"ya qarşı keçirəcək.