Kişi voleybolçulardan ibarət "Ordu" komandası CEV Çelenc Kubokunda bu gün ilk oyununa çıxacaq.


Rekord.az xəbər verir ki, Azərbaycan təmsilçisi 1/32 finalda Norveçin "Forde VBK" kollektivinin qonağı olacaq.


Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. Tərəflər arasındakı cavab görüşü noyabrın 19-da, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.