"LANDAU Lions" İsveçrə klubuna qarşı
- 11:30
- 37
Azərbaycanın "LANDAU Lions" basketbol klubu FIBA Avropa Kubokunda növbəti oyununu bu gün keçirəcək.
Rekord.az xəbər verir ki, komanda səfərdə İsveçrə təmsilçisi "Lions de Geneve" ilə üz-üzə gələcək.
G qrupunun matçı Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.
Qeyd edək ki, buna qədər keçirdiyi 5 oyunda 1 qələbə qazanan "LANDAU Lions" qrupda 6 xalla 6 komanda arasında sonuncu pillədə qərarlaşıb.