Ceyhun Nuriyev MOİK-də oynayacaq?
- 13:00
- 67
Hərbi xidmətə yollanan Ceyhun Nuriyev böyük ehtimalla "Araz Naxçıvan"a qayıda bilməyəcək.
Rekord.az-a daxil olan məlumata görə, futbolçu ən yaxşı halda karyerasını MOİK-də davam etdirə bilər.
AFFA bununla bağlı aidiyatı qurumlara müraciət edib. Futbolçunun milli üzvü olduğunu nəzərə alaraq güzəşt edilməsi xahiş olunub. Amma federasiyanın bundan başqa edəcəyi bir şey yoxdur. Bu məsələdə Gənclər və İdman Nazirliyi, xüsusilə də Müdafi\ Nazirliyinin köməyi lazımdı.
Qeyd edək ki, Ceyhun hazırda Gəncədə N saylı hərbi hissədə qulluq edir.