Xankəndi stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
- 14:00
- 42
Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb.
Bu barədə Rekord.az-a Peşəkar Futbol Liqasından (PFL) məlumat verilib.
PFL-in qərarına əsasən, noyabrın 19-da 1-ci Liqanın 8-ci turunda baş tutacaq "Xankəndi" – "Karvan-Yevlax" matçı bu stadionda baş tutacaq.
Qarşılaşma saat 16:00-da start götürəcək.
"Xankəndi" klubu bundan sonrakı ev oyunlarını da bu şəhərdə keçirəcək. MOİK klubunun Xankəndi stadionundan istifadəsi isə qış fasiləsindən sonraya nəzərdə tutulub.