"Turan" Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
- 19:36
- 44
Voleybolçu qadınlardan ibarət "Turan" klubu Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib. "Rekord.az" xəbər verir ki, təmsilçimiz bu gün 3-cü təsnifat mərhələsində Bolqarıstanın "Maritza Plovdiv" klubu ilə cavan matçına çıxıb.
Tovuz Olimpiya İdman Kompleksində təşkil olunan görüş təmsilçimizin üstünlüyü ilə keçib. Cütün Bolqarıstanda keçirilən ilk görüşündə olduğu kimi bu dəfə də "Turan" 3:0 hesabı ilə qələbə qazanıb. Hər iki oyunda rəqibini məğlub edən komandamız Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Bununla həm ölkəmiz 2017-ci ildən sonra yenidən qitənin ən nüfuzlu turnirinin qrup mərhələsində təmsil olunacaq.
Qeyd edək ki, "Turan" D qrupunda mübarizə aparacaq. Komandamızın rəqibləri İtaliyanın "Savino del Bene Scandicci", Türkiyənin "Eczacibaşı" və Serbiyanın "Tent Obrenovac" klubları olacaq. Qrup mərhələsinə noyabrın 24-də start veriləcək. Təmsilçimiz ilk oyununu noyabrın 25-də səfərdə İtaliya klubuna qarşı keçirəcək.
Çempionlar Liqası
3-cü təsnifat mərhələsi
10 noyabr
"Turan" - "Maritza Plovdiv" 3:0 (25:22, 25:17, 25:23)