FIFA referiləri arasında fikirb ayrılığı: Elçin Məsiyev Əliyar Ağayevlə razılaşmadı
- 15:00
- 56
"Şəfa" - "Araz Naxçıvan" matçında baş hakim Əliyar Ağayevin idarəçiliyi "Şəfa"nın ciddi narazılığına səbəb olub.
Rekord.az xəbər verir ki, görüşdən sonra mətbuat konfransında baş məşqçi Zaur Həşimov da bunu açıq şəkildə dilə gətirdi.
Xüsusilə hesab 2:2 olan zaman "Şəfa"nın sayılımayan bir qolu var idi. Hansı ki, top qapıdan keçməmişdən qabaq fit verildiyi üçün VAR da epizoda müdaxilə edə bilməyib. Normalda qaydalar da onu deyir ki, hakim səbr edib epizodun sonunu gözləməli, yalnız bundan sonra fit verməlidir. Belə olanda VAR da müdaxilə edə bilir. Amma hakim erkən fit verəndə VAR da müdaxilə edə bilmir. Əldə etdiyimiz məlumata görə, bu epizodla bağlı Əliyarla 4-cü hakim Elçin Məsiyev arasında da fikir ayrılığı yaranıb. Belə ki, fasilədə Məsiyev Ağayevə qolun təmiz vurulduğunu bildirib.