"Xilasedici" CEV Çempionlar Liqasında cavab oyununa çıxacaq
- 09:15
- 34
Kişi voleybolçulardan ibarət "Xilasedici" komandası bu gün CEV Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Rekord.az xəbər verir ki, Azərbaycan təmsilçisi Portuqaliyada yerli "Sportinq" klubunun qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.
Komandalar arasında Bakıda keçirilmiş ilk matçda rəqib 3:2 hesabı ilə qələbə qazanıb.
Xatırladaq ki, cütün qalibi III təsnifat mərhələsinə yüksələcək. Məğlub komanda isə CEV Kubokunda çıxış edəcək.