Şövkət Orduxanov adına Qusar şəhər stadionunda işlər ləng getsə də, gələn mövsümün startına kimi tam hazır olaraq təhvil veriləcəyi gözlənilir.

Rekord.az xəbər verir ki, 8500 nəfərlik tamaşaçı tutumuna malik stadionla bağlı xoş olmayan bir xəbər əldə etmişik.

Belə ki, stadionun ilk layihədən təbii örtüklü olacağı nəzərdə tutulsa da, sonradan qərar dəyişilib. Belə ki, gənclər və idman nazirliyi Qusar stadionunun süni örtüklü olmasına qərar verib. Bunu isə Qusarın sərt iqlimi ilə əlaqələndiriblər.