Azərbaycanı DÇ-də 14 cüdoçu təmsil edəcək
- 18:00
- 44
19–22 noyabr aralığında Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək gənclər arasında dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək.
Bu barədə Rekord.az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Ölkə mundialda 10 çəki dərəcəsində (9 oğlan, 5 qız) təmsil olunacaq.
Komandaya gənc oğlanlardan ibarət millinin baş məşqçisi Rüstəm Alimli, məşqçilər Elxan Rəcəbli və Əbdülhəqq Rəsullu, gənc qızlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət seçməmizin baş məşqçisi Elnur İsmayılov rəhbərlik edəcəklər.
Azərbaycan millisinin heyəti:
Qızlar
48 kq
Nərgiz Əhmədova
52 kq
Aysun Məmmədova
57 kq
Xədicə Qədəşova
Vüsalə Hacıyeva
63 kq
Hanna Zaytseva
Oğlanlar
60 kq
Ayxan Mirzəzadə
66 kq
Məhəmməd Musayev
81 kq
Mehdi Abbasov
Cəsur İbadlı
90 kq
Süleyman Şükürov
Aslan Kotsoyev
100 kq
Davud Namazlı
Canpolad Əliyev
+100 kq
Ramazan Əhmədov