Sumqayıtda üzgüçülük üzrə şəhər birinciliyi keçirilib
- 20:35
- 32
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 25 iyul 2026-cı il tarixində Sumqayıt Olimpiya İdman Kompleksində “İdman hamı üçün” layihəsi çərçivəsində üzgüçülük idman növü üzrə 2016-2017-ci il təvəllüdlü oğlan və qızlar arasında Sumqayıt şəhər birinciliyi keçirilib.
Rekord.az xəbər verir ki, məqsəd şəhərdə uşaq və yeniyetmələr arasında bu idman növünə marağın artırılması, üzgüçülük idman növünün təbliği, inkişafı və bu yaş qrupunda şəhər yığma komandasının komplektləşdirilməsidir.
Yarışın qalib və mükafatçıları Regional İdarə tərəfindən diplom və medallarla təltif olunub.