Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 07 iyul 2026-cı il tarixində Sumqayıt şəhəri “Nəsimi” adına mədəniyyət və istirahət parkında “İdman hamı üçün” layihəsi çərçivəsində boks üzrə kütləvi idman tədbiri keçirilib.
Rekord.az xəbər verir ki, məqsəd Sumqayıt şəhərində uşaq, yeniyetmə və gənclər arasında boks idman növünə marağın artırılması və sağlam həyat tərzinin təbliğidır.
Tədbirdə 30-a yaxın yeniyetmə oğlan və qızlar iştirak edib.