
"Sumqayıt" yeni mövsüm formalarını təqdim edib
- 15 Avq 2025 23:59
- 64
"Sumqayıt" Futbol Klubu 2025/2026 mövsümü üçün forma təqdimatı keçirilib
2025/2026-cı illər futbol mövsümü üçün hazırlıqları davam etdirən klub rəsmi oyun formalarını da təqdim edib.
Belə ki, "Sumqayıt" Futbol Klubunun yaradılmasının 15-ci il dönümünə və klubun Azərbaycan çempionatının yüksək dəstəsində - Premyer Liqada keçirəcəyi 15-ci mövsümünə ithaf olunan formaların üzərində klub loqosunun altında bu məqam xüsusi qeyd edilib.
Videonun iki əsas ana xətti var.
Birinci xətdə teatr tamaşasına işarə edilib və 15 illik eyni səhnədə (Premyer Liqada) bu dəfə fərqli tamaşanın oynanılacağı mesajı verilir.
İkinci xətt isə klubun məşhur "Böyük Şəhərin Tək Komandası" devizinə uyğun olaraq Sumqayıt şəhərinin müxtəlif nöqtələrində oyun formalarının görüntülərini əks etdirir.
Dinamik keçidlər və maraqlı rakurslardan çəkilən görüntülərlə zəngin videorolikdə oyun formasının əsas elementləri, loqotiplər, naxışlar, sponsor firmaların nişanları əks etdirilib.
Videonu aşağıdakı linkdən izləyə bilərsiniz:
https://www.instagram.com/reel/DNYmpjksGFJ/?igsh=MWthdWhlZTIwZW1oag==