
Sumqayıt stadionunun taleyinə aydınlıq gəldi
- 13:00
- 89
"Mehdi Hüseynzadə" adına Sumqayıt stadionunun taleyinə aydınlıq gəlib.
Rekord.az xəbər verir ki, stadionu tikən icra hakimiyyəti onu saxlamaqdan imtina etmişdi.
Gənclər və idman nazirliyi də maddi məsələni əsas gətirərək, arenanın öz sərəncamına götürməmişdi. Belə olan halda "Sumqayıt" klubu xərcləri qarşılayıb stadion işçilərinə maaş verirdi. Bir müddət idi belə davam edirdi və gözlənilirdi ki, stadion tamamilə "Sumqayıt"ın balansına veriləcək. Laki ötən həftə icra hakimiyyətindən məlumat gəlib ki, stadion heç kimə verilməyəcək və icra hakimiyyətinin balansında qalacaq.