“Sumqayıt” hamını qabaqladı
- 12:30
- 28
Misli Premyer Liqasında 2025/26 mövsümünün ilk hissəsində 95 oyun keçirilib.
Rekord.az xəbər verir ki, bu matçları 124 min 60 tamaşaçı izləyib. Orta göstərici 1306-yə bərabər olub.
XII turun “Sumqayıt” – “Qarabağ” matçında (2:4) daha çox tamaşaçı qeydə alınıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 9100 seyrçi toplayıb.
Daha bir görüşdə bu rəqəm 5 mindən yuxarı olub. X turun “Turan Tovuz” – “Şamaxı” qarşılaşmasını (2:1) Tovuz şəhər stadionunda 5800 izləyici seyr edib.
“Sumqayıt” ev oyunlarındakı orta tamaşaçı sayında 1-ci yerdə qərarlaşıb. “Turan Tovuz”un ikinci olduğu siyahıda ilk “üçlüy”ü “Neftçi” qapayır.
| 1 | Sumqayıt | 9 | 25810 | 2868 |
| 2 | Turan Tovuz | 7 | 17100 | 2443 |
| 3 | Neftçi | 8 | 14848 | 1856 |
| 4 | Sabah | 8 | 12855 | 1607 |
| 5 | Qarabağ | 7 | 10387 | 1484 |
| 6 | Karvan-Yevlax | 9 | 13120 | 1458 |
| 7 | Şamaxı | 7 | 7400 | 1057 |
| 8 | Zirə | 9 | 7950 | 883 |
| 9 | Kəpəz | 8 | 4850 | 606 |
| 10 | Qəbələ | 7 | 4000 | 571 |
| 11 | İmişli | 8 | 4200 | 525 |
| 12 | Araz-Naxçıvan | 8 | 1540 | 193 |
| Cəmi | 95 | 124060 | 1306 |