İlk turda evdə "Kəpəz"i 3:0 hesabı ilə məğlub edən "Sumqayıt" bu mövsüm iddialıdır.

Rekord.az xəbər verir ki, Sumqayıt təmsilçisi daha iki transfer həyata keçirəcək.

İlk növbədə sol cinah müafiəçisi mövqeyinə əcnəbi futbolçu alınacaq. Hazırda bu mövqeydə çıxış edən Ayxan Süleymanlı gəncdir və yetəri qədər təcrübəsi yoxdur. Daha bir legioner isə hücum xəttinə planlaşdırılır. Ramalinqomla sağlam rəqabət yaratmaq üçün.