Azərbaycan stolüstü tennisçiləri Daşkənddə keçirilən "WTT Youth Contender" turnirində uğurla çıxış ediblər.


Rekord.az xəbər verir ki, yarışın son günündə U-15 yaş qrupunda mübarizə aparan Onur Quluzadə finaladək bütün rəqiblərini üstələyərək finala yüksəlib.


Yalnız həlldici oyunda məğlubiyyətlə üzləşən seçmə komandan üzvü ikinci yerlə kifayətlənib.


Cəfər Almədədli isə U-11 yaş qrupunda bürünc mükafata layiq görülüb. 


Xatırladaq ki, yarışın ilk günündə mübarizəyə qatılan Mehin Mirzəbalayeva 13 yaşadək idmançıar arasında üçuncü yeri tutmuşdu.