Mariya Stadnik U-15 və U-17 yaş qruplarında güləş üzrə Azərbaycan millisinin böyük məşqçisi vəzifəsinə təyin edilib.


Bu barədə Rekord.az-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.


Bildirilib ki, qadın güləşində milli komandaların tərkibi yenidən formalaşıb. Məşqçilər heyətində Rövşən Umudov və Solmaz Adilova da yer alıb.


Toğrul Əsgərov əvvəlki kimi böyüklər və U-23 milli komandasında, o cümlədən U-20 yaş qrupu üzrə baş məşqçi əvəzi funksiyasını yerinə yetirəcək. Böyük məşqçi Ağahüseyn Mustafayevlə yanaşı, məşqçi Həsrət Məmmədyarov da bu komandanın məşqçilər heyətində yer alacaq.