
ŞOK! "İmişli" ciddi səhvə yol verdi, texniki məğlubiyyət alacaq!
- 18:18
- 90
Misli Premyer Liqasının 4-cü turu çərçivəsində keçirilən "İmişli" - "Sumqayıt" matçında meydan sahibləri ciddi qayda pozuntusuna yol veriblər. "Rekord.az" xəbər verir ki, liqanın debütantı adı oyunun iştirak ərizəsində olmayan futbolçunu - İbrahim Əliyevi (N22) meydana buraxıblar.
Buna görə "İmişli"yə AFFA İntizam Məcəlləsinin 49 və 50-ci maddələrinə əsasən texniki məğlubiyyət (0:3) verilməlidir.
Maraqlıdır ki, qarşılaşma "İmişli"nin 1:0 hesablı qələbəsiylə başa çatıb.