İspaniya Kral Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi "Sevilya"nın braziliyalı müdafiəçisi Markaoya ağır cəza verib.


Rekord.az xəbər verir ki, buna La Liqanın 17-ci turunda "Real"la matçdan sonra baş verənlər səbəb olub.


Futbolçu görüşün baş hakimi Alexandro Munyis Ruisə qarşı təhqiramiz ifadələr işlətdiyi, qeyri-idman davranışı sərgilədiyi və ikinci sarı vərəqənin ardından meydandan qovulduğu üçün 6 oyunluq diskvalifikasiya olunub.


Beləliklə, Markaonun fevralın ortasına qədər rəsmi matçlarda meydana çıxa bilməyəcəyi müəyyənləşib. "Sevilya"nın qərardan şikayət etmək hüququ olsa da, cəzanın azalma ehtimalının cüzi olduğu vurğulanıb.


"Real" - "Sevilya" görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.