Azərbaycan Basketbol Liqasında 4-cü turun daha bir oyunu keçirilib.


Rekord.az xəbər verir ki, günün ilk matçında "Sərhədçi" "Naxçıvan"la üz-üzə gəlib.


B qrupunun qarşılaşması Naxçıvan klubunun qələbəsi ilə yekunlaşıb - 76:69.


Günün ikinci görüşündə "Neftçi" "Abşeron Lions"la münasibətlərə aydınlıq gətirəcək. A qrupunun matçı saat 18:00-da başlayacaq.


Tura oktyabrın 26-da yekun vurulacaq. Əvvəlki matçlarda "Sabah" "Gəncə"ni (87:68), "Lənkəran" "Quba"nı (102:87), "Ordu" "Sumqayıt"ı (116:81) məğlub edib.