
“Sərhədçi” “Lənkəran”a qalib gəldi
- 12 Okt 2025 18:30
- 44
Azərbaycan Basketbol Liqasında 2-ci turun daha bir oyunu keçirilib.
Rekord.az xəbər verir ki, günün ilk matçında "Sərhədçi" "Lənkəran"la üz-üzə gəlib.
Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 84:70.
Günün ikinci oyununda "Naxçıvan" "Sumqayıt"la qarşılaşacaq.
Turun əvvəlki matçlarında "Neftçi" "Şəki"yə (92:68), "Ordu" "Quba"ya (96:68), "Abşeron Lions" "Gəncə"yə (96:94), "Sabah" isə NTD-yə (133:65) qalib gəlib.