2-ci Liqada çıxış edən "Sheki City" klubu texniki məğlubiyyətlə cəzalandırılıb.


Rekord.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.


Bölgə təmsilçisinə XIII turda "Qaradağ Lökbatan"la matça çıxmadığı üçün 0:3 hesablı texniki məğlubiyyət verilib. Bununla yanaşı, klub 1000 manat cərimələnib.


“Şəmkir” – “Quba” oyununda “Şəmkir” komandasının 5 futbolçusu sarı vərəqə adığı üçün “Şəmkir” komandası 70 manat cərimə edilib.


“Şəmkir” – “Quba” oyununun 90+6-cı dəqiqəsində “Şəmkir” komandasının 23 nömrəli futbolçusu Fərid İslamzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Şəmkir” komandası 50 manat cərimə edilib.


“Şəmkir” – “Quba” oyununun 90+7-ci dəqiqəsində “Şəmkir” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Şəmkir” komandası 600 manat cərimə edilib.


“Şəmkir” – “Quba” oyunu bitdikdən sonra “Şəmkir” komandasının meneceri Taleh Əliyev hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb, “Şəmkir” komandası 1000 manat cərimə edilib.


“Şəmkir” – “Quba” oyunu bitdikdən sonra “Şəmkir” komandasının rəsmisi Elçin Qurbanov hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb, “Şəmkir” komandası 1000 manat cərimə edilib.


“Ağdaş” – “Dinamo” oyununda “Ağdaş” komandasının 4 futbolçusu sarı vərəqə adığı üçün “Ağdaş” komandası 70 manat cərimə edilib.