Yeni mövsümə hazırlıqlarını Gürcüstanda davam etdirən “Səbail” bu gün yoxlama oyununda qüvvəsini sınayıb.

Rekord.az xəbər verir ki, Aftandil Hacıyevin rəhbərlik etdiyi kollektiv yerli “Saburtalo” komandası ilə qarşılaşıb. Görüş Gürcüstan təmsilçisinin 5:2 hesablı qələbəsiylə başa çatıb.

“Səbail”in hər iki qolunu Rauf Əliyev vurub.