
"Şamaxı"nın təşvişi: Ayxan Abbasov getsə...
- 15:00
- 61
Millinin baş məşqçisi postu hələ də boşdur.
Rekord.az xəbər verir ki, mətbuatda namizəd məşqçilərin adı çəkilsə də, rəsmi olaraq bu məsələ ilə bağlı heç bir açıqlama yoxdur.
Namizədlər arasında yerlilərin də adı çəkilir, əcnəbiləri də. Komandanl Ukrayna ilə oyuna çıxaran Ayxan Abbasovu təyinatı da istisna edilmir. Bu versiyanın olması isə "Şamaxı" rəhbərliyini narahat edir. Çünki Abbasovun milliyə təyinatı rəsmiləşsə, böyük ehtimalla o, "Şamaxı"dan ayrılmalı olacaq. Həmçinin də U-21 millisindən. Belə olan halda, köməkçilərini də özü il milliyə aparacaq. "Şamaxı" rəhbərliyini də narahat edən budur ki, vəziyyət belə olunca, onlar çətin durumda qalacaq. Çünki Abbasov "Şamaxı"da qısa zamanda yaxşı bir sistem qurub və bu sistem də rəhbərliyin ürəyincədir. Bu sistemi dağıdıb yeni sistem qurmaq isə həm çətindi, həm də riskli. Bu mənada üzdə deməsələr də, daxildə Abbasovun millyə təyinatının rəsmləşməsini istəmirlər.