Şamaxıda velosiped turniri keçirilib
- 13:45
- 17
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə gənclər və idman sektorunun və Şamaxı Olimpiya Mərkəzinin birgə təşkilatçılığı ilə Şamaxı Olimpiya Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci ildönümü münasibətilə yeniyetmələr arasında velosiped üzrə Şamaxı rayon turniri keçirildi.
Rekord.az xəbər verir ki, turnirin keçirilməsində məqsəd velosiped idman növünə marağı daha da artırmaq, yeniyetmələr arasında dostluq əlaqələrini möhkəmlətmək və asudə vaxtlarını səmərəli keçirmək idi.
Gərgin keçən idman mübarizəsindən sonra qaliblər müəyyən oldu. Qalibləri Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin müvafiq diplom və medalları ilə təltif olundular.