Salahdan “Liverpul”da yeni rekord
- 15 Sen 2025 16:00
 - 141
 
Misirli futbolçu Məhəmməd Salah İngiltərənin "Liverpul" klubunda yeni rekorda imza atıb.
Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, 33 yaşlı hücumçu buna "Bernli"yə qalib gəldikləri (1:0) Premyer Liqanın IV turunun oyununda nail olub.
Penaltini dəqiq yerinə yetirən Salah yerli çempionatda Mersisayd təmsilçisində 11 metrlik cərimə zərbəsindən ən çox qol vuran (35) oyunçudur. O, Billi Liddellin (34) rekordunu qırıb.
Qeyd edək ki, "Liverpul" İngiltərə Premyer Liqasında 12 xalla liderdir.