Azərbaycan karateçisi Mədinə Sadıqova Almaniyanın Frankfurt şəhərində keçirilən böyüklər arasında Avropa çempionatının finalına yüksəlib.


Bu barədə Rekord.az-a Azərbaycan Karate Federasiyasından məlumat verilib.


55 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda İtaliya təmsilçisi Viola Lalloya 8:4 hesabı ilə qalib gələrək həlledici mərhələyə yüksəlib.