"Sabah" basketbol klubu serbiyalı mütəxəssis Lazar Spasiç ilə 3 illik müqavilə imzalayıb.


Rekord.az xəbər verir ki, 1992-ci il təvəllüdlü məşqçi karyerasına 2013-cü ildə Serbiyanın "Mladost Zemun" klubunda köməkçi kimi başlayıb. 2016-cı ildən baş məşqçi kimi çalışan Spasiç "Rtanj", "Zdravlje Leskovac" və "Vrşac" komandalarına rəhbərlik edib.


Mütəxəssis 2024/2025 mövsümündə "Vrşac" klubu ilə Serbiya Basketbol Liqasının qalibi olub və komandanın son illərdəki ən uğurlu nəticələrindən birinə imza atıb. O, karyerası ərzində gənc basketbolçuların inkişafına verdiyi önəm, nizam-intizamlı oyun sistemi və müasir basketbol yanaşması ilə seçilib.


Lazar Spasiç son olaraq Almaniya Bundesliqasının təmsilçisi "EWE Baskets Oldenburg" klubunda baş məşqçi işləyib.


Spasiçin məşqçilər korpusuna Anatoliy Boisa (köməkçi məşqçi), Saşa Miliçeviç (köməkçi məşqçi) və Vlade Draskoviç (fiziki hazırlıq üzrə məşqçi) daxil olacaq.