“NTD ilə matçda gənc kollektivə qarşı mübarizə apardıq”
- 01:00
- 31
"Sumqayıt" Azərbaycan Basketbol Liqasının 1-ci turunda NTD ilə matçda gənc kollektivə qarşı mübarizə aparıb.
Rekord.az xəbər verir ki, bunu "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Uğur Özdemir sözügedən oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis qələbə qazandıqları qarşılaşmanı şərh edib:
"Gənc komandaya qarşı mübarizə apardıq. Bəzən oyundan qopsaq da, bu matç bizim üçün bir növ hazırlıq məqsədi daşıyırdı. Hücumda yaxşı çıxış etsək də, müdafiədə müəyyən problemlər yaşadıq. Çalışmaq üçün hələ çox vaxtımız olacaq. Komandamız tam heyətlə cəmi 5 gündür ki, məşq edir. Bu, meydanda da hiss olundu. Məqsədimiz basketbolçularımızın fərdi yox, kollektiv oyununu inkişaf etdirməkdir. İstənilən halda, gözəl bir çıxışla yadda qaldığımızı düşünürəm".
NTD - "Sumqayıt" oyunu qonaqların 111:94 hesablı qələbəsi ilə bitib.