"Sabah"ın Sumqayıtdakı "dron etirazı"nın səbəbi məlum oldu - ÖZƏL!
- 15:00
- 69
Misli Premyer Liqasının "Sumqayıt" - "Sabah" matçının əvvəli qalmaqalla yadda qaldı.
Rekord.az xəbər verir ki, "Sabah"ın məşqçilər korpusu PFL nümayəndəsinə stadiondakı dron çəkilişindən narazı qaldıqlarını bildirərərək çəkilişin dayandırılmasını tələb etdilər.
PFL nümayəndəsi də onların bu narazılığını "Sumqayıt" klubuna çatdırdı. Yerli komanda çəkilişə qısa müddət ara versə də, sonradan burada qeyri-qanuni heç nə olmadığını əsas gətirərək onu davam etdirdi. Oyundan sonra saytımızın əməkdaşı bununla bağlı "Sabah"ın baş məşqçisi Valdas Dambrauskasa sual ünvanlasa da, litvalı mütəxəssis bu məsələyə münasibət bildirmək istəmədi. Bizim əldə etdiyimiz məlumata görə isə, buna səbəb taktiki gedişlərin rəqibin əlinə keçək riski olub. Belə ki, çəkiliş aparan drin bəzən aşağıdan uçurdu ki, "Sabah"ın məşqçilər korpusu da bundan bərk narahat olub. Narahat olublar ki, dron onların əlindəki taktiki gedişləri çəkərək "Sumqayıt" klubuna ötürə bilər. Məhz buna görə də çəkilişə etiraz edərək onun dayandırılmasını tələb ediblər.