"Levski" (Bolqarıstan) UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin "Sabah"la cavab görüşünə ciddi itki ilə çıxacaq.


Rekord.az xəbər verir ki, Sofiya təmsilçisinin hücumçusu Mustafa Sanqare komandasına kömək edə bilməyəcək.


26 yaşlı futbolçunun ayaq əzələsində zədə var. Sanqare hələ "Sabah"la ilk oyundan əvvəl zədə alıb. MRT hücumçunun bud nahiyəsində yırtıq olduğunu göstərib. Onun topuq nahiyəsində problem aşkarlanıb. Bununla belə, malili futbolçu “Sabah”a qarşı oynamaq istəyini baş məşqçisinə bildirib və 80 dəqiqə meydanda olub.


"Tema Sport" yazır ki, bu dəfə Sanqare "Sabah"la görüşdə iştirak edə bilməyəcək.


Bolqarıstan çempionatının "Spartak" (Varna) ilə oyununda əzələsində ağrı hiss edən Georgi Georgi Kostadinovun zədəsi isə ciddi deyil. Onun oynaması üçün heç bir problem yoxdur. Karl Fabye də Azərbaycandakı qarşılaşmada iştirak edə biləcək.


"Sabah" Sofiyada keçirilən ilk matçda "Levski"yə 0:1 hesabı ilə uduzub. Cavab oyunu avqustun 14-də Bakıda olacaq.