
“Sabah”ın rəqibi yeni qapıçı transfer etdi
- 24 İyn 2025 20:40
- 39
"Sabah"ın Avropa Liqasının 1-ci təsnifat mərhələsində rəqibi olan Sloveniyanın "Çelye" komandası heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Çelye" qapıçı Simon Sluqa ilə anlaşıb. 32 yaşlı xorvatiyalı qolkiperin müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.
Bu komandalar arasında iyulun 10-da "Bank Respublika Arena"da keçiriləcək ilk oyun saat 20:00-da start götürəcək. İyulun 17-dəki cavab görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.