“Sabah”dan inamlı qələbə
- 22:00
- 35
Bu gün Misli Premyer Liqasında 29-сu tura yekun vurulub.
Rekord.az xəbər verir ki, son oyunda “Sabah” “Karvan-Yevlax”la üz-üzə gəlib. Oyunu Kamranbəy Rəhimov idarə edib. Paytaxt təmsilçisi inamlı qələbəyə sevinib.
Daha öncə keçirilən “Qəbələ” – “Araz-Naxçıvan” və "Turan Tovuz" - "Zirə" matçlarında (1:1) qalib müəyyənləşməyib, “Şamaxı” “Kəpəz”ə (2:0) qalib gəlib, “İmişli” “Sumqayıt”a (0:2), “Neftçi” “Qarabağ”a (1:5) məğlub olub.
Misli Premyer Liqası
29-cu tur
27 aprel
“Sabah” – “Karvan-Yevlax” 2:0
Qollar: Patrik Mbina, 49. Aaron Maluda, 55.
Qırmızı vərəqə: Aleksey İsayev, 64 – Topmson Qavi, 36.
Hakimlər: Kamranbəy Rəhimov, Rəhman İmami, Kərim Zeynalov, İslam Məmmədov.
“Bank Respublika Arena”, 20:00.
Sabah: 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev, 5. Rəhman Daşdəmirov, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 99. Patrik Mbina, 7. Umarali Rahmonaliyev, 19. Aron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 9. Xəyal Əliyev, 89. Cəfər Muxtarov, 70. Jesse Sekidika, 11. Kahim Parris, 53. Andrey Santos, 83. Stefen Ende.
Baş məşqçi: Valdas Dambrauskas.
Karvan-Yevlax: 99. Pedro Mateus, 6. Vadim Abdullayev (k), 13. Vüsal Məsimov, 17. Samir Abdullayev, 5. Emin Rüstəmov, 2. Şakil Sno, 11. Kayl Spens, 19. Tompson Qavi, 8. Peter Kinqs, 21. İmani Barker, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 16. Rauf Rüstəmli, 20. Coy Sleyd Mikels, 37. Mois Nqvisani, 10. Samuel Durrant.
Baş məşqçi: Füzuli Məmmədov.