“Sabah” futbolçusu Namik Ələskərovla yollarını ayırıb.


Rekord.az xəbər verir ki, yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.


Ələskərov 2022-ci ildən “bayquşları”ın uğurları üçün çalışırdı. O, paytaxt təmsilçisinin heyətində 83 oyun (7 qol) keçirib.


30 yaşlı oyunçu “Sabah”da Premyer Liqanın gümüş medallarını qazanıb, Azərbaycan Kubokunun qalibi olub.