“Sabah” yenə məğlub oldu
- 01:24
- 44
"Sabah" basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına çıxıb.
Rekord.az xəbər verir ki, səfərdə Fransa təmsilçisi "Elan Şalon"la üz-üzə gələn Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv 71:84 hesabı ilə məğlub olub.
B qrupunun matçı Şalon-sur-Son şəhərindəki Le Kolizeydə keçirilib.
Bakı klubu ilk iki görüşdə Çexiya təmsilçisi "Nimburk"a (65:93) və Almaniyanın "Alba" (76:85) komandalarına məğlub olub.