Bu gün BizonAzərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vuruub.

Rekord.az xəbər verir ki, son gündə ikinci finalçı bəlli olub.

“Sabah” doğma meydanda “Qarabağ”la qarşılaşıb. Tərəflər arasındakı ilk oyunda qalib müəyyənləşməmişdi. Üç qolluq cavab görüşündə isə "Sabah" qalib gələrək finala yüksəlib.

Xatırladaq ki, daha öncə “Zirə” “Turan Tovuz”la matçdan qalib ayrılaraq (2:0, 0:0) finala yüksəlib.

Bizon Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunu

22 aprel

“Sabah” – “Qarabağ” 2:1
Qollar: Velko Simiç, 7. Patrik Mbina, 87 - Kamilo Duran, 59.
Qırmızı vərəqə: Mateus Koxalski, 36.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Kamal Umudlu.
“Bank Respublika Arena”, 20:00.
İlk oyun – 2:2.

Sabah: 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 7. Umarali Rahmonaliyev, 19. Aaron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 9. Xəyal Əliyev, 70. Jesse Sekidika, 11. Kahim Parris, 22. Zinedin Uld Xaled, 99. Patrik Mbina, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.
Qarabağ: 99. Mateus Koxalski, 27. Toral Bayramov, 81. Kevin Medina (k), 8. Marko Yankoviç, 20. Kadi Borges, 2. Mateus Silva, 18. Dani Bolt, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 11. Emmanuel Addai, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 22. Musa Qurbanlı, 10. Abdullah Zubir, 9. Xoni Montiel, 21. Aleksey Kaşuk, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.