İtaliyanın “Roma” klubuna texniki məğlubiyyət verilə bilər.

Rekord.az xəbər verir ki, paytaxt klubu İtaliya kuboku çərçivəsində keçirilən “Spetsiya” ilə oyunda əsasnaməni pozub. 

Komanda oyun ərzində 6 futbolçu dəyişikliyi edib. Lakin qaydalara görə, 5 futbolçu dəyişdirilməsinə icazə var. Oyunun fasiləsində bir əvəzetməyə icazə verilsə də, bu, kubok oyunları üçün keçərli deyil.

Texniki məğlubiyyət verilsə, bu, “Roma” üçün cari mövsümdə ikinci belə hal olacaq. Çempionatın 1-ci turunda keçirilən “Verona” ilə oyunda əsas komandada adı iştirak ərizəsinə salınmayan Amadu Diavara meydana çıxdığı üçün paytaxt təmsilçisinə məğlubiyyət verilmişdi.

“Roma” “Spetsiya” ilə oyunda 2:4 hesabı ilə məğlub olub.