
Robbi Kin “Qarabağ”ın heyətində bir futbolçunu fərqləndirdi
- 27 Avq 2025 23:22
- 69
"Ferentsvaroş"un (Macarstan) baş məşqçisi Robbi Kin UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı keçirdikləri cavab oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 3:2 hesabıyla qalib gəldikləri matçdan (ilk oyun 1:3) sonra baş tutan mətbuat konfransında mübarizəni dayandırdıqları üçün üzgün olduqlarını ifadə edib:
"Mən oyundan əvvəl "mərhələni keçəcəyik" dediyimi xatırlamıram. Sadəcə, iki oyunun nəticəsinə əsasən qələbə qazanmaq istəyirdik. Təəssüf ki, alınmadı. Ümumilikdə 1 top fərqlə uduzduq. Baxmayaraq ki, məğlub olmağı sevmirəm”.
İrlandiyalı mütəxəssis "Qarbağ"ın heyətində Kadi Borgesi fərqləndirib:
"Qarabağ"ın heyətində Kadi Borges yaxşı futbolçudur. Mən onunla təxminən 2 həftə vaxt keçirdim. O, bizim heyətimizdə yer alarkən onun futbolçu keyfiyyətlərini tam görə bilməmişdik. Hazırda "Ferentsvaroş"un heyətində də güclü futbolçular yer alıb".