Stolüstü tennis üzrə Respublika birinciliyinin qalibləri müəyyənləşib.

Rekord.az Azərbaycan Stolüstü Tennis Federasiyasına istinadən xəbər verir ki, "Şüa" İdman Kompleksində keçirilən yarışda 2013-cü il və daha aşağı təvəllüdlü idmançılar bacarıqlarını göstəriblər.

Budəfəki yarışda paytaxt Bakı ilə yanaşı, Sumqayıt, Şəki, Şabran, Şamaxı, Şirvan və Qobustandan ümumilikdə 100-dən artıq iştirakçı qələbə uğrunda mübarizə aparıb. Onlar şəxsi, qoşa və qarışıq-qoşa növlərində qalib və mükafatçıları müəyyənləşdiriblər.

Şəxsi mübarizə

Qızlar

1. Mehin Mirzəbalayeva

2. Yasəmən Həbibova

3. Səidə Qulizadə, Banu İmanverdizadə

Oğlanlar

1. Cəfər Almədədli

2. Saleh Hümbətov

3. Camal Kərim, Əliəkbər Mirzəliyev

Qoşa mübarizə

Qızlar

1. Yasəmən Həbibova – Mehin Mirzəbalayeva

2. Rüqəyya Cavadzadə - Gülnur Kərimli

3. Aylin Cabbarova - Fatimə Şahvələdova, Səidə Qulizadə - Aylin Şərifli

Oğlanlar

1. Saleh Hümbətov – Cəfər Almədədli

2. Əliəkbər Mirzəliyev – Camal Kərim

3. Vyaçeslav Esaukenko – Səid Quluzadə, Tunar Hüseynzadə - Həzrət Kamilov

Qarışıq-qoşa mübarizə

1. Cəfər Almədədli – Yasəmən Həbibova

2. Əliəkbər Mirzəliyev – Mehin Mirzəbalayeva

3. Saleh Hümbətov – Banu İmamverdizadə, Raul Əsədov – Mehri Aslanzadə

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən birincilikdə fəxri kürsüyə qalxan idmançılara diplom və medallar təqdim olunub.