"Yuventus"un futbolçusu Aaron Remzi klubdan ayrılmaq istəyir.

Rekord.az "Tuttosport"a istinadən xəbər verir ki, o, Turin təmsilçisinin rəhbərliyinə qərarı  barədə artıq məlumat verib. "Yuventus"un  da30 yaşlı yarımmüdafiəçini komandada saxlamağı düşünmədiyi vurğulanıb.

Qeyd edək ki, Remzi ötən mövsüm A seriyasında meydana çıxdığı 22 oyunda 2 qol vurub, 4 qolun ötürməsini verib.