MOİK rəhbərliyi baş məşqçi İlham Yadullayevin fəaliyyətindən narazıdır.

Rekord.az-a daxil olan məlumata görə, buna səbəb komandanın cari mövsümdəki uğursuz çıxışıdır.

Halbuki I liqa səviyyəsində kifayət qədər yüksək olan büdcə ayrılıb. Söhbət 1 milyon manatdan gedir. Bu büdcə yalnız "Şəfa"nın büdcəsindən geri qalır. Amma nəticə olaraq "hərbçilər" 14 xalla 6-cı pillədə qərarlaşıb və lider "Şəfa"dan 13 xal geri qalır.