"Real" futbolçusu Martin Edeqoru satmağa hazırdır.

Rekord.az xəbər verir ki, Madrid təmsilçisi norveçli yarımmüdafiəçi üçün 50 milyon avro ödəniləcəyi təqdirdə, onunla yolları ayıracaq.

"Real" oyunçunu satsa, müqaviləyə Edeqoru geri almaq variantını daxil etməyə çalışacaq.

22 yaşlı futbolçu ötən mövsümün ikinci hissəsini icarə əsasında "Arsenal"da keçirib.